tavanın qapağı

ру люк потолка en ceiling outlet de Deckenluftauslaß fr bouche de plafond es boca del techo it bocca a soffitto
tavan spiralı
taymer
OBASTAN VİKİ
Aorta qapağı
Aorta qapağı — (lat. valva aortae) ağciyər kötüyü qapağı kimi üç aypara qapaqcıqdan ibarətdir. Bunlardan biri — (lat. valvula semilunaris posterior) arxada, ikinci — (lat. valvula semilunaris dextra) sağda və üçüncüsü — (lat. valvula semilunaris sinistra) solda yerləşmişdir. Bunların hamısı ağciyər kötüyünün eyniadlı qapaqcıqlarından qalın və möhkəmdir və üzərində olan düyüncüklər və aycıqlar (lat. noduli et valvularium semilunarium aortae) yaxşı gözə çarpırlar. Aorta dəliyini örtən aypara qapaqcıqların ciblərinə aorta cibləri — (lat. sinus aortae (Valsalvae — BNA)) deyilir.
Kəllə qapağı
Kəllə qapağı (lat. Calvaria) tam kəllənin yuxarı hissəsi hesab olunur və onu alın sümüyünün pulu, əsas sümüyün böyük qanadlarının gicgah səthi, təpə sümükləri, ənsə və gicgah sümüklərinin pulu təşkil edir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. alı sümükləri ilə təpə sümükləri arasında tac tikiş — lat. sutura coronalis, təpə sümükləri arasında orta xətdə — sagital tikiş — lat. sutura sagittalis, təpə sümükləri ilə ənsə sümüyü arasında lyambdayabənzər tikiş — lat. sutura lambdoidea, təpə sümüyünün aşağı kənarı ilə gicgah sümüyünün pullu hissəsi arasında pullu tikiş — lat. sutura squamosa.
Qırtlaq qapağı
Qırtlaq qapağı (lat. cartilago epiglottica) — qırtlaq qığırdaqlarından biri olub, qırtlaq qapağının skletini təşkil edərək, dil kökünün arxasında qırtlaq girəcəyinin üstündə yerləşmişdir. Rəngi sarımtıl olub özü də elastikdir. Qırtlaq qapağı qığırdağının yuxarı hissəsi enlidir ancaq aşağı hissəsi nazikləşir qırtlaq qapağı saplağı — lat. petiolus epiglottidis adlanır. Onun iki səthi vardır: ön dil səthi, arxa qırtlaq səthi. Qırtlaq səthi qırtlaq girəcəyinə baxır, üzərində selikli vəzilər vardır. Qırtlaq qapağı qığırdağının orta hissəsi qalınlaşaraq qabarcıq — lat. tuberculum epiglotticum əmələ gətirir. Prof.
Diz qapağı
Diz qapağı (patella kimi də tanınan) — bud sümüyü ilə birləşən və diz oynağının ön oynaq səthini əhatə edən və qoruyan düz, yuvarlaqlaşdırılmış üçbucaqlı sümük. Diz qapağı siçan, pişik, quş və it kimi bir çox dördayaqlılarda olur, lakin balinalarda və ya əksər sürünənlərdə olmur. == Anatomiyası == İnsanlarda diz qapağı bədəndəki ən böyük sesamoid sümüyüdür (yəni, vətər və ya əzələdə yerləşmiş). Körpələr təxminən 4 yaşına qədər sümükləşməyə başlayan yumşaq qığırdaqdan ibarət diz papağı ilə doğulur. == Tərkibi == Diz qapağı üçbucaq formasında olan sesamoid sümükdür, uc hissəsi aşağı baxır. Başı diz qapağının ən aşağı hissəsidir. İti uclu formaya malikdir və diz qapağı vətərələrinə birləşir. Ön və arxa səthlər nazik kənarla, mərkəzə isə daha qalın bir kənarla birləşdirilir. Budun dördbaşlı əzələsi sümüyünün vətərəsi diz qapağının əsasına, orta geniş əzələnin özünə, geniş və medial lateral əzələ isə müvafiq olaraq diz qapağının xarici yan və medial kənarlarına birləşir. Diz qapağının ön hissəsinin yuxarı 3/1 hissəsi qaba, yastı və kobuddur, budun dördbaşlı əzələsi vətərinin bağlanmasına xidmət edir və çox vaxt ekzostozlara malikdir.
Ağciyər kötüyü qapağı
Ağciyər kötüyünün sağ mədəcikdən başlanan ucu, yəni ağciyər kötüyü dəliyi ağciyər kötüyü qapağı - (lat. valva trunci pulmonalis (valvulae semilunaris art-ae pulmonalis - BNA)) ilə tutulmuşdur. Bu qapaq üç aypara qapaqcıqdan təşkil olunmuşdur; bunlardan biri ön tərəfdə - (lat. valvulae semilunaris anterior), digəri sağ tərəfdən - (lat. valvulae semilunaris dextra) və üçüncüsü sol tərəfdən - (lat. valvulae semilunaris sinistra) yerləşmişdir. Aypara qapaqcıqlar dəliyi örtərkən cib şəklini alırlar; bu ciblərə ağciyər kötüyü cibləri - (lat. sinus trunci pulmonalis) deyilir. Qapaqcıqların çıxıq səthləri mədəciyə və basıq səthləri damara doğru baxır. Hər aypara qapağının azad kənarlarının ortasında kiçik bir düyüncük - (lat.
Pokemon kanalizasiya qapağı
Pokefuta (ポケふた) və ya pokeqapaq – Yaponiyada üzərində Pokemon personajlarının təsviri olan kanalizasiya qapaqları. 2018-ci ildən etibarən "The Pokémon Company" tərəfindən Yaponiyanın 35 prefekturasında 356 pokefuta quraşdırılmışdır. Pokefutalar Yaponiyanın nisbətən daha az tanınan yerlərinə diqqət cəlb etmək məqsədi daşıyır. Yaponiyada kanalizasiya qapaqları tez-tez bədii təsvirlərlə bəzədilir. Bu praktika 1980-ci illərdə kanalizasiya sisteminin inkişaf etdirilməsini hədəfləyən kampaniya kimi başlamışdır. Yaponiyada bir çox şəhər və qəsəbənin öz yerli kimliyini əks etdirən kanalizasiya qapağı dizaynı olur, hətta kanalizasiya qapaqları üçün illik sərgilər təşkil olunur. "The Pokémon Company" 2018-ci ildən etibarən Yaponiyanın yerli bələdiyyələri ilə əməkdaşlıq edərək "Pokémon Local Acts" layihəsi çərçivəsində pokemonların təsvirləri olan kanalizasiya qapaqları quraşdırır. Bu layihə həm kiçik qəsəbələrə turist cəlb etmək, həm də təbii fəlakətlərdən əziyyət çəkmiş yerlərin canlanmasına kömək etməyi hədəfləyir. Pokemon İvinin təsviri olan ilk belə kanalizasiya qapağı 20 dekabr 2018-ci ildə Kaqoşima prefekturasının İbusuki şəhərində quraşdırılmışdır. 2024-cü ilin statistikasına əsasən Yaponiyanın 35 prefekturasında 356 pokefuta quraşdırılmışdır.
Dilaltı-qırtlaq qapağı bağı
Dilaltı-qırtlaq qapağı bağı (lat.
Qalxan-qırtlaq qapağı əzələsi
Qalxan-qırtlaq qapağı əzələsi (lat. musculus thyreoepigloticus) — qırtlaq əzələsi.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.